Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə yardım üçün toplanan vəsaitin məbləğini açıqlayıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.
“UNITED24” fandreyzinq platforması 9 aydır fəaliyyət göstərir. Ukraynaya dəstək üçün ümumilikdə 278 milyon 890 min dollar toplanıb. “Light Up Ukraine” proqramı çərçivəsində alınmış 150-yə yaxın generator artıq tibb müəssisələrinə çatdırılıb. Yanvar ayında enerji obyektlərində düşmənin dronlarına qarşı mübarizə aparmaq üçün altı “Shahed Hunter” sistemi yerləşdirilib. “UNITED24″ həmçinin “Rebuild Ukraine” istiqamətini təqdim edib. Ukraynaya kömək edən və dəstəkləyən hər kəsə təşəkkür edirəm!”, – deyə o qeyd edib.