Moderator.az xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti Arif Mir Cəlal oğlu Paşayev və Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə olmayan ixtisaslar üzrə sovetlər məkanında alimlərin hazırlanması strategiyasının bəhrələrindən biri olaraq, Ukrayna EA-da (Kiyev) məqsədli aspirantura və doktoranturada təhsil alaraq“Kolloid kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Rahim Abas oğlu Daşdiyevin rəhbərlikləri altında bir qrup Azərbaycan, Çin, Qazaxstan alim və aparıcı mütəxxəsislərin məqsədyönlü axtarış-tədqiqatları nəticəsi olaraq nanokolloid kimyası və nanomolekulyar fizika əsasında maddənin yeni kristallik maye hibrid aqreqat halı ilə bağlı ingilis dilində bəyan edilən Elmi Kəşfləri Almaniyada Avropa Təbiət Elmləri Akademiyasında elmi kəşflərin verilməsi üzrə beynəlxal ekspertiza şurasının 05.05.2023 tarixli qərarı ilə qeydiyyatdan keçmişdir.
Qeyd edilən Elmi Kəşfin nəzəri əhəmiyyəti ilk dəfə olaraq, nanokolloid kimyası və nanomolekulyar fizika sahəsində maddənin yeni kristallik maye hibrid aqreqat halı ilə bağlı müvafiq prioritet isiqamətlər üzrə tədqiqatların aparılması üçün real imkanlar açılması ilə bağlıdır. Elmi Kəşfin praktiki əhəmiyyəti isə xam neftin lay sularından, lay sularının isə neftdən eyni zamanda ayrılmasını mövcud standartlar səviyyəsində təmin etməklə analoqu olmayan nanodeemulqatorların, laylarda neftçıxarmanı artırmaq məqsədi ilə ilk dəfə olaraq 3000-4000 ppm qatılıqda yüksək özlülüyə, uzunmüddətli davamlılığa malik polimer gellərin hazırlanması və tətbiqindən ibarətdir. Qazaxstanın bir sıra mürəkkəb neft yataqlarında kristallik maye tipli nanodeemulqatorlar yüksək səmərə ilə tətbiq edilir, nanogellər isə 2,24 milyon dollar faktiki iqtisadi səmərə ilə “Şimali Buzaçi” yatağında təcrübi-sənaye sınaqları zamanı müsbət nəticə vermişdir. Müəlliflərin fikrincə maye kristallar çoxsahəli istifadəyə malik olduğu kimi, kristallik maye hibrid aqreqat halının da digər perspektiv istifadə sahələri gözləniləndir. 05.05.2023 tarixində qeydiyyatdan keçmiş Elmi Kəşfi müəlliflər Azərbaycan Təhsili, Elmi və Alimləri üzərində hədsiz dərəcədə böyük haqqı olan Ulu Öndərimiz Heydər Əliyevin 100 illik Yubiley xatirəsinə ithaf etdiklərini bildirirməklə fəxr edirlər.


