
Azərbaycan Respublikasının Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasındakı üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Dövlət sektorunda audit” təlim proqramı layihəsi uğurla tamamlanıb.
Moderator.az xəbər verir ki, bu məqsədlə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Hesablama Palatasında fəaliyyətə cəlb olunan UNEC-in Maliyyə və Mühasibat fakültəsinin məzunları və onların valideynlərinin iştirakı ilə universitetdə tədbir keçirilib.