UNEC “Webometrics”də də ölkə birincisi oldu

 

Dünya universitetlərinin “Webometrics” reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.

UNEC-dən Milletinsesi.az-a bildirilib ki, dünyanın 32 minə yaxın ali təhsil müəssisəsinin reytinqini hazırlayan “Webometrics”də UNEC son illərdə 15 min universiteti geridə qoyub. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.

Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də  (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.

Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür

Mənbə

Share: