Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) “AstraZeneca” ilə 85 ölkəni 170 milyon doza yeni növ koronavirus peyvəndi ilə təmin etmək üçün müqavilə imzalayıb.
“Anadolu” agentliyi bu barədə UNICEF-in verdiyi açıqlamaya istinadən xəbər yayır.
Qeyd edilir ki, fondla “AstraZeneca” arasında Ümumdünya Səhiyyə Təşkilatının COVAX peyvənd proqramı ilə COVID-19 peyvəndi tədarükünə dair razılıq əldə olunub.