Universitetlərə ixtisas seçim tarixləri açıqlandı

Universitetlərə ixtisas seçim tarixləri açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

 

Bu barədə Milletinsesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Share: