Uşağın beynindən saç çıxarıldı – FOTO

Qırğızıstanda xəstəxanalardan birində qəribə hadisə baş verib.

 

Paytaxt Bişkekdəki xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynində kütlə aşkarlanıb.

 

Müayinələrdən sonra əməliyyata aparılan qızın beynindən bir tutam saçın çıxarıldığı bildirilib.

 

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi və qızın beynindəki saçların 8 il ərzində içəriyə doğru uzandığı bildirilib.

 

Açıqlamada bu xəstəliyin uşaqlıq yolundakı inkişaf pozuntusundan qaynaqlana biləcəyi bildirilib. /News24.az/

 

Mənbə

Share: