
Ukraynalılar eyni zamanda bir neçə istiqamətdə uğur əldə edib, rusyalılar Gerasimova “atəşin salam” göndərib
“Rusiyalı hərbi müxbirlər Rusiya qoşunlarının Donetsk vilayətinin iki yaşayış məntəqəsindən geri çəkildiyi barədə məlumat verib…”
Ukrayna Silahlı Qüvvələri əkshücumun gedişində eyni zamanda bir neçə istiqamətdə taktiki əhəmiyyətli uğur əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Jurnalistlərin məlumatına görə, ukraynalı hərbçilər şiddətli döyüşlər gedən cənub istiqamətlərdə əsas hücum xətləri boyunca 16-19 km irəliləməyə müvəffəq olub.
“Cənub sahili Ukrayna üçün daha da yaxınlaşıb, bu da gələcəkdə Rusiya Silahlı Qüvvələrinin başlıca təchizat vasitəsi olan quru yol dəhlizini bağlamağa imkan verəcək”, – məqalədə deyilir.
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri təsdiq edir ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində eyni zamanda üç istiqamətdə irəliləməyə və hazırda rusiyalılar tərəfindən işğal altında olan Xerson vilayətində Dnepr çayının sol sahlində mövqelərini möhkəmləndirməyə müvəffəq olub.
Eyni zamanda, ekspertlər qeyd edib ki, bunu gələcək hücum üçün platsdarm hesab etməyə dəyməz.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ukraynalı hərbçilərin Xersonun sol sahilində mövqe tutduqları barədə məlumatı təkzib edib.
“Orada məhv olmadan olmaq və üstəlik də möhkəmlənmək üçün ərazi təmizlənməli və düşmən geri oturdulmalıdır. Biz insanlarımızı qoruyuruq, ona görə də kontrbatareya halında işləyirik.
Bəli, orada müəyyən bölmələr müəyyən tapşırıqları ucra edib. Bu, gözləniləndir, çünki bizim məqsədimiz bütün işğal edilmiş ərazilərimizin azad edilməsidir, ona görə də hər yerdə belə imkanlar arayırıq”, – o, izah edib.
Analitiklərin fikrincə, Rusiyanın mexanikləşdirilmiş əkshücumu Ukraynanın ön mövqelərini təhlükə altına qoya bilər, lakin Rusiya qüvvələrinin bunun üçün lazımi mexanikləşdirilmiş ehtiyatlarına malik olduğu aydın deyil.
“Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib ki, Tavriya istiqamətində Ukraynanın artilleriya bölmələri sutka ərzində “1303 atəş tapşırığı icra edib”.
“Geriyə alınan ərazilər var. Müdafiə qüvvələri iş başındadır”, – general vurğulayıb.
Onu sözlərinə görə, rusiyalıların ölən, yaralanan və əsir götürülənlərlə birlikdə itkiləri 242 nəfər təşkil edib (80 nəfər öldürülüb, 160 nəfər yaralanıb, 2 nəfər əsir götürülüb).
Bundan başqa, ukraynalı hərbçilər tərəfindən düşmənin bir tank, iki zirehli döyüş maşını, artilleriya sistemi və minaatan, bir avtomobil və bir xüsusi texnika olmaqla 7 vahid hərbi texnikası məhv edilib. Həmçinin rusiyalıların üç döyüş sursatları anbarı məhv edilib.
Rusiyalı hərbi müxbirlər öz növbəsində Rusiya qoşunlarının Donetsk vilayətinin iki yaşayış məntəqəsindən geri çəkilməsi barədə məlumat verib.
“Staromoyskoye məntəqəsi kimi Urojaynoye mənqəsini də əldən verdik…Bu iki balaca kəndi saxlamaq üçün nə qədər oğlanlarımızı güdaza getdi”, – bunu “Trinadtsatı” şərti ad altında hərbi müxbir “Teleqram-kanal”ında yazıb.
Rusiya qoşunlarının Urojaynoye məntəqəsindən geri çəkildiyini Z-hərbi müxbir Romanov da yazıb.
ASTRA müstəqil jurnalistlər layihəsi məlumat verir ki, general-polkovnik Teplinskinin dəstək qrupu bəyan edib: “Urojaynoye yaşayış məntəqəsində 247-ci desant-hücum alayı və desant-hücum diviziyası qəhrəmancasına döyüşüb.
Uşaqlara əbədi eşq olsun! Sağ qalanlar ayrıca olaraq Gerasimova “atəşin salam” göndərir. Onlar heç nəyi unutmayacaq və ona heç nəyi bağışlamayacaq”.