Uşaqların ən pis yaşadığı ölkələrin reytinqi açıqlanıb – TOP-10

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və “The Lancet” tibb jurnalının nümayəndələrindən ibarət komissiya uşaqların rifahı baxımından dünya ölkələrinin reytinqini tərtib edib.

Milletinsesi.az xəbər verir ki, reytinq hazırlanarkən komissiyanın mütəxəssisləri sağlamlıq, qidalanma və ölkələrin ekoloji vəziyyətini əhatə edən bir sıra göstəriciləri təhlil ediblər. Tədqiqat qeyd edilir ki, 0 ilə 0,24 arasında olan indeks göstəriciləri ən aşağı rifah səviyyəsini göstərir.

Qeyd olunur ki, dünya ölkələrindən heç biri uşaqları tam rifahla təmin etmir. Şübhəsiz, inkişaf etmiş ölkələrdə uşaqlar ən az inkişaf etmiş ölkələrdəki həmyaşıdlarından daha yaxşı yaşayırlar. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə ekologiya daha pis vəziyyətdədir, əsasən də atmosferə atılan istixana qazları səbəbindən.(Apa)

Uşaqların ən pis yaşadığı 10 ölkə:

# Ölkə İndeks
1 Mərkəzi Afrika Respublikası 0,06
2 Çad Respublikası 0,10
3 Somali 0,12
4 Niger 0,12
5 Mali 0,14
6 Qvineya 0,17
7 Nigeriya 0,18
8 Cənubi Sudan 0,19
9 Syerra-Leone 0,22
10 Əfqanıstan 0,22
Share: