“Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır”

“Bu gün 1-ci sinifdə oxuyan uşaqlar da internetdən, telefondan istifadə edir. Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır”.

 

Bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur: “2-3 gün qabaq 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkət edən şəxsin məsələsi mətbuatda işıqlandırıldı. Bu məsələ hamını narahat etdi. Uşaqlara qarşı seksual maarifləndirmə ailədən başlamalıdır. Bununla bağlı ilk olaraq maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın anladığı yaşda ona cinsi tərbiyəni başa salmalıdır. 5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz”.

Mənbə

Share: