USQ yazda ərazilərini işğaldan azad edilməsi üçün fəaliiyətlərini genişləndirə bilər

USQ yazda ərazilərini işğaldan azad edilməsi üçün fəaliiyətlərini genişləndirə bilər

Son günlərdə Ukrayna Qərbdən əhəmiyyətli hərbi yardım almaqda davam edir.  Ukraynaya hərbi dəstəyin gücləndirilməsinə, o cümlədən ağır texnikanın tədarükünün müzakirəsinə həsr olunan növbəti görüş ABŞ-ın Almaniyada yerləşən Ramştayn aviabazasında keçirildi. 50-dən Ukraynaya müttəfiq ölkələrdən olan nümayəndə heyətinin iştirak etdiyi  görüşü 3 gün əvvəl başa çatdı. 

 

Qərb dövlətlərinin müdafiə nazirlərinin görüşündə müttəfiqlər Kiyevə gələcək hərbi yardım haqqında razılığa gəldilər. Görüşdə ABŞ hava hücumundan müdafiə batareyalarının və reaktiv yaylım atəşi sistemlərinin, Böyük Britaniya, Kanada, Polşa və İsveçin zirehli texnikasının, Danimarka, Fransa, Çexiya, Almaniya və Norveçin özüyeriyən artilleriya qurğularının,  müxtəlif sursatlarin və s. Ukraynaya çatdırılması barədə qərar qəbul edildi. 

 

Bu görüşün nəticələrinə Ukraynaya göstəriləcək son hərbi yardım paketinə aşağıdakılar daxildir:

 

“Patriot” və NASAMS hava hücumundan müdafiə batareyalar;

90 “Stryker” zirehli personal daşıyıcısı, 

59 “Bradley” piyada döyüş maşını;

50 CV90 piyada döyüş maşını;

40 “Marder” piyada döyüş maşını;

40 AMX-10RC zirehli maşını, 

22 tank əleyhinə raket kompleksi;

6 komanda qərargah maşını;

6 sursat daşıyıcısı;

53 MRAP tipli zirehli avtomobillər;

350 HMMWV ərazi maşını;

GLSDB sursatları;

naməlum sayda özüyeriyən və qoşqulu haubitsalar. 

 

Əslində bu yardım paketi qısa müddətdə çatdırılsa, Ukraynanın potensialına müsbət təsir edəcək, Kifayət qədər ciddi tərkibə malik bu təchizat Rusiya üçün də təsirsiz ötüşməyəcək. GLSDB bombaları 150-160 kilometrə qədər məsafədən hətta Krıma qarşı da istifadə oluna bilər. Bu unikal sistemdir, çox ucuzdur, dəyəri cəmi 40 min dollarl təşkil edir, bu isə Amerika standartlarına görə kiçik bir rəqəmdir. Bu sistem həm HIMARS, həm də artıq Ukraynada olan digər YARS raket sistemlərindən istifadə edilə bilər. Əgər onlar bu gün çatdırılsa, sabahdan istifadə olunmağa başlaya bilər. Bu yüksək dəqiqlikli sistemdir, onun dəqiqliyi təxminən 5 metrdir, döyüş başlığının çəkisi 100 kiloqramdır, demək olar ki, istənilən obyekti məhv edə bilir. Bu son dərəcə təhlükəli və təsirli bir silahdır. Noyabrda bu sursatların istehsalı üçün sifariş verildiyi məlumdur, yəqin ki, aprelə qədər ilk partiyalar Ukraynaya çatdırılmağa hazır olacaq. Əsas silah sistemləri isə bu aydan Ukraynaya göndəriləcək.

 

Görüşdə “Abrams” ilə bağlı məsələ həll qismən, “Leopard 2” ilə məsələ tam həll olunub. 100 “Leopard 2” və 31 “Abrams” ilə bərabər yuxarıa adı çəkilən təchizat Ukraynaya apreldə hücum əməliyyatlarına başlaya biləcək bir neçə birləşmə formalaşdırmağa imkan verə bilər. 

 

Yeni silahlar döyüş meydanındakı vəziyyətə Ukraynanın xeyrinə təsir edəcəyi ehtimal olunur. Əldə olunan yeni silah sistemlərini dərhal  cəbhə xəttində yerləşən 1-ci eşalon hissələrinə göndərməyə başlasalar, o zaman  bu təchizat çox da effektiv olmaya bilər. Lakin Ukrayna komandanlığı ehtiyatda olan və gələcək əks hücum əməliyyatlarında istifadə olunacaq yeni hissələri bu silahlara təchiz edib döyüşlərə hazırlasalar, bu Rusiyaya qarşı daha təsirli ola bilər. 

 

Nəzərə alsaq ki, Ukrayna Silahlı Qüvvələri müdafiə döyüşlərində yaxşı hazırlanmış bölmələrdən istifadə etmir, bunun üçün əsasən əsasən ərazi müdafiə qüvvələri tətbiq edilir, yəni Ukrayna resurslarına son dərəcə qənaətlə yanaşır. Bu vəziyyətdə ehtiyatda olan elit birləşmələrin Qərb silahları ilə təchizatı Ukraynanın ehtiyat qüvvələrini Rusiya üçün kifayət qədər ciddi qüvvəyə çevirə bilər. 

 

Bu ilin yanvarın 15-nə olan məlumata görə, Rusiya təcavüzü  başlayandan bəri ABŞ və müttəfiqləri Ukraynaya 4 mindən çox silah və hərbi texnika veriblər. Donor dövlətlərin rəsmi bəyanatlarına və KİV-in məlumatlarına əsaslansaq, xarici ölkələr və beynəlxalq təşkilatlar Kiyevə bu ilin yanvarın 11-nə qədər ümumilikdə 150 milyard dollardan çox yardım ediblər. Bu yardımın ən azı 50 milyard dolları Ukrayna Silahlı Qüvvələrinin hərbi ehtiyaclarına yönəldilib. Bu təchizat Ukrayna Ordusunun Rusiyanın müdafiə olunduğu ərazilərin dərinliyinə doğru irəlləməsi üçün uyğun şərait yarada bilər. Bunun üçün Ukrayna Ordusunun əsas zərbə istiqamətində uzaqmənzilli reaktiv artılleriya sistemlərinin və hava hücumundan müdafiə komplekslərinin sayının artırılması mütləqdir. İrəlləyən qüvvələrin önündə yerləşən Rusiya ordusunun vacib silah sistemlərini Ukraynanın artilleriya və PUA-ları qismən təmizləməlidir, HHM isə düşmən dərinliyinə soxulan Ukrayna qoşunlarının havadan mühafizəsini təmin etməlidir. Bu şərtlər daxilində Ukrayna  Soledardakı məğlubiyyətdən sonra müəyyən istiqamətlərdə təşəbbüsü təkrar ələ keçirərək ərazilərini düşmən tapdağından azad edilməsi üçün fəaliiyətlərini genişləndirə bilər.

 

Ədalət Verdiyev, hərbi ekspert

Mənbə

Share: