ÜST Azərbaycan hökumətinə koronavirusla bağlı mübarizəyə dair 3-6 aylıq strateji plan hazırlamaqda kömək edəcək

“Koronavirusla bağlı Azərbaycan hökumətinə kömək məqsədilə ÜST-ün Kopenhagen və Cenevrə ofislərindən ekspertlər Azərbaycandadır. Onlarla birgə işləyirik. Dünən Səhiyyə Nazirliyində TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və AQTA ilə birgə görüş keçirildi”.

Bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, görüşdə Azərbaycandakı ümumi vəziyyətdən danışılıb: “Ekspertlər martın 13-nə qədər burda olacaqlar. Müxtəlif yerlərə gediləcək. Laboratoriyalara və xəstəxanalara baş çəkiləcək. Nəticədə Azərbaycan hökumətinin koronavirusla bağlı mübarizəyə dair 3-6 aylıq strateji planının hazırlamasına kömək edəcəyik. Ekspertlər getdikdən sonra hökumət tərəfindən ÜST-ün başqa mütəxəssisləri də dəvət oluna bilər”. (APA)

Share: