Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın sonunadək ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən birgə hazırlanan peyvəndi təsdiq edə bilər. Həmin peyvənd fövqəladə hallarda istifadə olunacaq.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə brifinqdə ÜST-ün baş direktor köməkçisi Mariancela Simao deyib.
M.Simao qeyd edib: “Peyvənd bu ayın əvvəlində mümkün fövqəladə hallarda istifadə üçün siyahıya alına bilər”.
Təşkilatın baş alimi Sumya Svaminatan öz növbəsində, COVAX mexanizmi çərçivəsində bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəlində başlaya biləcəyini qeyd etdi.