ÜST təcili istifadə üçün zəruri sayılan peyvəndin adını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer”/”BioNTech” peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edib.

Bu barədə “RİA Novosti” xəbər verir.

“Bu gün (cümə axşamı-red) ÜST təcili istifadə üçün siyahıya “Pfizer”/”BioNTech” istehsalı olan COVID-19 vaksinini daxil edib”, – açıqlamada bildirilir.

Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə paylanılması üçün satın almasına imkan verəcək./report

visio professionel 2016

Share: