
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhdid olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, ÜST-ün baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.
“Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm”, – deyə Qebreyesus bildirib.
Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kim tərəfindən təhdid edildiyini açıqlamayıb.