ÜST yeni ştamla bağlı xüsusi iclas keçirəcək

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada aşkarlanan yeni “B.1.1.529” ştammı ilə bağlı xüsusi iclas keçirəcək.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Məlumata görə, iclasda “B.1.1.529” ştammı və mövcud vaksinlərin ona olan təsirləri müzakirə ediləcək.

Qeyd edək ki, Böyük Britaniya və İsrail koronavirusun yeni aşkarlanan növünə görə Cənubi Afrika ölkələrinə uçuşları dayandırıb.

Share: