Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Milletinsesi.az xəbər verir ki, məlumatı Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov təsdiqləyib.
Onun yerinə isə hələlik təyinat yoxdur.
Həmçinin Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Cəmşid Murtuza oğlu Abbasov Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi təyin edilib.