Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanun layihəsi qəbul edilib

Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq.

Milletinsesi.az xəbər verir ki, Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Share: