Vətən Müharibəsi şəhidi anıldı- Xətaidə

22 noyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Yaqubov Fəxrəddin Yaqub oğlunun anım günü qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, aparatın məsul şəxsləri, rayon bələdiyyə sədrləri və şəhid ailə üzvləri Dədə Qorqud Şəhidliyinə gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarımızın məzarlarını ziyarət etmiş, məzarları üzərinə əklil və gül dəstələri qoymuşlar.

Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Share: