
Rusiya Silahlı Qüvvələrininin Baş Qərargah rəisi, general Valeri Gerasimovun istefası ilə bağlı xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bununla bağlı fərman yoxdur.
“Heç bir fərman yoxdur, bunlar tamamilə teleqram kanallarının uydurmadır”,- Peskov deyib.
O xatırladıb ki, Kreml heç vaxt “təyinatlarla bağl dedi-qoduları” şərh etmir.