Vaqner braziliyalılara Azərbaycandan danışdı

Vaqner braziliyalılara Azərbaycandan danışdı

“Burda ilk titulumu qazandım. Çox xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Vaqner  da Silva deyib.

Braziliyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubu ilə hədəfinə çatdığını qeyd edib: “Bura “Qarabağ”a kömək etmək üçün gəlmişdim. Tanrıya minnətdaram ki, hər şey istədiyim kimi oldu. İlk gündən hədəfimiz bütün turnirlərdə güclü çıxış etmək idi. Bu çempionluq da əziyyətimizin bəhrəsidir”.

Təcrübəli qapıçı Azərbaycan mühitinə çox tez uyğunlaşdığını bildirib: “Bura fərqli ölkədir. Yeni mədəniyyətə açıq olmağınız vacibdir. Bakı mənim də xoşuma gəlir, ailəmin də. Sakit yerdi, rahat yaşamaq olur. Yeni mədəniyyətə uyğunlaşmaq futbolçu həyatının bir hissəsidir. Xoşbəxtlikdən bu məndə alındı”.

Qeyd edək ki, Vaqner da Silva ötən ilin yayından “Qarabağ”da çıxış edir.

Share: