“Vaqner qrupu” Baxmutda Ukraynanın müdafiəsini yara bilmir…”

“Vaqner qrupu” Baxmutda Ukraynanın müdafiəsini yara bilmir…”

“Baxmutda hər bir ev qalaya bənzəyir və hər 10 metrdən bir müdafiə qurğuları var…”

 

“Baş vaqnerçi döyüşçülərinin uğursuzluqlarında Rusiya MN və hərbi-sənaye kompleksini günahlandırmaq üçün zəmin hazırlayır…”

 

Priqojin ilk dəfə olaraq “Vaqner qrupu”nun Ukrayna Silahlı Qüvvələrinə qalib gəlmək iqtidarında olmadığını etiraf edib

 

“Vaqner qrupu”nun sahibi və maliyyəçisi Yevgeni Priqojin ilk dəfə olaraq öz döyüşçülərinin Donetsk vilayətinin Baxmut ətrafında irəliyə gedə biləməməsinə haqq qazandırmağa başlayıb.

 

Moderator.az xəbər verir ki, bu barərə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin 3 yanvar tarixli hesabatında deyilir.

 

Baş “vaqnerçi” özünün uğursuzluqlarınında Rusiya müdafiə nazirliyini ittiham etməyə cəhd göstərib.

 

“Rusiyanın “RİA Novosti” agentliyinə dekabrın 31-də verdiyi müsahibəsində Priqojin bəyan edib ki, “Vaqner qrupu” qüvvələri Baxmutda Ukraynanın müdafiəsini yara bilmir. 

 

Onun sözlərinə görə, “Vaqner”in cəbhənin bu hissəsində hücum əməliyyatları özəl hərbi şirkətin qüvvələrini əhəmiyyətli şəkildə tükəndirir, çünki Baxmutda hər bir ev “qalaya” bənzəyir.

 

O, deyib ki, ukraynalıların müdafiə qurğuları hər 10 metrdən bir quraşdırılıb və Rusiya qoşunları binaları bir-bir azad etməyə məcburdur”, – ISW Priqojinin sözlərindən iqtibas gətirib.

 

Analitiklər qeyd edib ki, özəl hərbi şirkətin təsisçisi ilk dəfə olaraq öz  qoşunlarının döyüş meydanında fayda verə bilməyəcəyini etiraf edib. 

 

Onlar güman edib ki, baş “vaqnerçi” öz yaraqlılarının uğursuzlyqlarında Rusiya müdafiə nazirliyini və hərbi-sənaye kompleksini günahlandırmaq üçün zəmin hazırlayır.

 

“Priqojin deyib ki, onun döyüşçüləri zirehli texnika, döyüş surtsatları və 100 mm-lik mərmilərin çatışmazlığından şikayət edib. Və guya bu səbəbdən Baxmutda Ukrayna qoşunlarının mövqelərini yarmaq mümkün olmayıb.

 

Bu bəyanat ona yönəlib ki, məsuliyyəti “Vaqner qrupu” və şəxsən öz üzərindən götürsün və onların Baxmutdakı uğursuzluqlarını resursların paylanılması ilə izah etsin”, – analitiklər bu nəticəyə gəlib.

 

Qeyd edək ki, artıq neçə aydır ki, Baxmut uğrunda ən ağır döyüşlər gedir və “Vaqner qrupu” üzvləri bu döyüşlərdə fəal iştirak edir.

 

Ukrayna və Qərb ekspertləri deyir ki, rusiyalı hərbçilər və Priqojinin döyüşçüləri orada ağır itkilərə məruz qalır. Böyük qurbanlar barərə USQ nümayəndələri də məlumat verir.

Mənbə

Share: