“”Vaqnerçilər” bizə gərginlik yaşadır, Polşaya ekskursiyaya can atırlar”

“”Vaqnerçilər” bizə gərginlik yaşadır, Polşaya ekskursiyaya can atırlar”

“Polşa İttifaq Dövləti sərhəddində qoşun yerləşdirir…”

 

“Moskva Belarusa qarşı istənilən təcavüzə cavab verəcək…”

 

Lukaşenko Putinlə görüşə yenidən xəritə ilə gəlib…

 

Belarus hakimi Aleksandr Lukaşenko Kreml rəhbəri Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gəlib.

 

Moderator.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinin “Pul pervoqo” Teleqram-kanalı məlumat yayıb.

 

Bu, “Vaqner qrupu”nun hərbi qiyamından və onun muzdlularının Minsklə razılaşmaya uyğun olaraq Belarus ərazisinə yerdəyişməsindən sonra Putinlə Lukaşenkonun ilk görüşüdür.

 

Prezidentlər Sankt-Peterburq ətrafındakı Konstantinovsk Sarayında görüşüb. Putin prezidentlərin bu gün və sabah baş tutacaq qeyri-formal ünsiyyətini də anons edib.

 

Rəsmi məlumata görə, tərəflər təhlükəsizlik və beynəlxalq gündəlikdə duran, habelə “İttifaq Dövləti çərçivəsində inteqrasiyanın qarşılıqlı əlaqəsi” məsələlərini müzakirə etməyi planlaşdırır.

 

“Pul pervoqo” kanalı Rusiya və Belarus rəhbərlərinin ilk bəyanatlarınl dərc edib.

 

Lukaşenko deyib: “Vaqnerçilər bizə gərginlik yaşadır, nəzərləri Qərbə tərəfə yönəlib: “Varşava və Jevuş şəhərlərinə ekskursiyaya getmək istəyirik”.

 

Putin isə Ukraynanın əkshücumunu şərh edib: “Bu əkshücum mövcuddur, amma o, iflada uğrayıb”. O, həmçinin əmin edib ki, Belarus-Rusiya əməkdaşlığı üzrə planlar “gözlənildiyindən daha yaxşı templərlə gerçəkləşir”.

 

Məlumat verilir ki, Lukaşenko Putinlə görüşə “Polşa qoşunlarının İttifaq Dövlətinin sərhədlərində, hər birində bir briqada olmaqla Brest və Qrodno yaxınlığında yerlışdirilməsini əks etdirən xəritə ilə gəlib”. Putin əmin edib ki, Moskva Belarusa qarşı istənilən təcavüzə cavab verəcək.

 

“Azadlıq Radiosu” məlumat verir ki, Rusiyaya uçmazdan öncə Lukaşenko Ümumbelarus Xalq Məclisinə hərbi doktrinanı tətbiq etmək, respublikada fövqəladə və hərbi vəziyyət elan etmək, hərbi qulluqçuları ölkənin hüdudlarından kənara göndərmək səlahiyyətləri verib.

 

Xatırladaq ki, iyulun 21-də Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində çıxış edən Putin bəyan edib ki, hazırki “Polşanın Qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir”.

 

Putinin tarixə belə ekskursuna Polşa baş nazirinin mətbuat xidməti dəxtərxanasının dövlət katibi Stanislav Jarin münasibət bildirib.

 

“Kremlin zavallı zəhlətökən rəhbəri yenidən Polşa haqqında yalanları təkrarlayır və Ukraynaya qarşı müharibə barədə həqiqəti saxtalaşdırmağa cəhd edir. Onun sözlərinə görə, Putin “yenidən respublikaya qarşı saxta ittihamları yaymaq üçün tarixi təftişçilikdən istifadə edir”.

Mənbə

Share: