“Vaqnerçilər” Rusiya ordusu ilə açıq döyüşə girib, peşəkar zabit keçmiş məhbuslara əsir düşüb

“Vaqnerçilər” Rusiya ordusu ilə açıq döyüşə girib, peşəkar zabit keçmiş məhbuslara əsir düşüb

“Mən alkoqolun təsirindən sərxoş vəziyyətdə “vaqnerçilərin” maşınını atəşə tutmuşam, bunu şəxsi ikrah hissimdən etmişəm, günahkaram…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin muzdluları Rusiya ordusunun peşəkar zabiti, 72-ci briqadanın komandiri polkovnik-leytenant Roman Vinivitini saxlayıb. 

 

Onun özü və tabeçiliyində olanlar Baxmutdan geri çəkilən “vaqnerçilərə” atəş açmaqda ittiham edilib.

 

Moderator.az xəbər verir ki, polkovnik-leytenantın dindirilmə videosu Priqojinin “Telegram-kanal”ında dərc edilib. Məlumatı “vesti.ua” nəşri yayıb.

 

Vinivitin etiraf edib ki, “vaqnerçilər” qrupunu tərksilah edib və sonra özəl hərbi şirkətin yaraqlıları olan hərbi “Ural” maşınına atəş açmağı əmr edib.

 

“Mən alkoqolun təsiri altında sərxoş vəziyyətdə “Vaqner qrupu” özəl hərbi şirkətinin maşınını atəşə tutmuşam. Bunu şəxsi ikrah hissimdən etmişəm”, – o, deyib.

 

Öz hərəkətlərini necə səciyyələndirməsi barədə suala Vinivitin uzun fasilədən sonra cavab verib: “Günahkaram”.

 

Bundan öncə Priqojinin mətbuat xidmətinin dərc etdiyi raportda deyilir ki, rusiyalı hərbçilər öz komandirlərinin əmrilə Baxmut ətrafından geri çəkilən “Vaqner qrupu” muzdlularına atəş açıb.

 

Sənəddə deyilir ki, “vaqnerçilər” Semiqorye kəndi rayonunda (Baxmutun yaxınlığında yaşayış məntəqəsi) atəşə məruz qaldıqdan sonra Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə qısa döyüşə girib. İnsident mayın 17-də baş verib.

 

Həmin gün “vaqnerçilər” görüb ki, Müdafiə Nazirliyinin bir qrup hərbçisi arxa cəbhədə yolları minalayır. Fuqas və tankəleyhinə minaları təmizləməyə cəhd edərkən muzdlular rusiyalı hərbçilər tərəfindən atəşə məruz qalıb.

 

Nəticədə özəl hərbi şirkətə məxsus “Ural” maşını zərər çəkib. Hərbi yük maşınının mühərriki zədələnib.

 

Raportda deyilir ki, muzdlular “təcavüzün aradan qaldırılması və saxlanılması üçün cavab tədbirləri görüb”.

 

“Onlar Rusiya MN-nin hərbi qulluqçuları olub. Qrupa 72-ci əlahiddə motoatıcı briqadası 13647 saylı hərbi hissəsinin polkovnik-leytenantı alkoqolun təsirindən sərxoş vəziyyətdə olan polkovnik-leytenantı olub”, – sənəddə deyilir.

 

Vinivitin həmçinin 72-ci briqadanın “Fırtına” bölməsindən tabeçiliyində olanlar tərəfindən tənqidə məruz qalıb.

 

Onlar dərc etdikləri videomüraciətdə deyib ki, o, əsgərlərini və keçmiş məhbusları mövqedə artilleriyasız və komandanlıqla rabitəsiz qoyaraq atıb gedib. Müraciət ASTRA  müstəqiı jurnalistlər layihəsi tərəfindın dərc edilib.

Mənbə

Share: