
Luqansk vilayətində “vaqnerçiləri” müalicə etmək istəmirlər, çünki onlar HİV və sifilis xəstəliklərinə yoluxub.
Həkimlər “vaqnerçilər”ə tibbi yardım göstərməkdən imtina edir…
Düşmən çoxsaylı itkilər verir, yaralıları xilas edən tapılmır…
Müvəqqəti işğal edilən Luqansk vilayətində Yubileynaya şəhərinin çoxprofilli xəstəxanasına 300 yaralı “Vaqner qrupu” muzdluları daxil olub. Lakin onları heç kim müalicə etmək istəmir.
Moderator.az xəbər verir ki, bu barədə “Obozrevatel” nəşri yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verir ki, həkimlər “vaqnerçilər”ə yardım göstərməkdən imtina edir, çünki onlar bir çox xəstəliklərin daşıyıcılarıdır.
O cümlədən işğalçılar sifilis, vərəm, HİV/QİÇS (İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmalığı Sindromu) xəstəliklərinə yoluxub.
“Düşmən xeyli itkilər verməkdə davam edir. Belə ki, Luqansk vilayətinin Yubileynaya şəhərinin çoxprofilli xəstəxanasına 300-dək “Vaqner qrupu” özəl hərbi şirkətinin muzdluları daxil olub.
Onların əksəriyyəti HİV/QİÇS, sifilis, vərəm və pnevmoniya kimi xəstəliklərinin daşıyıcıları olduğundan həkimlər onlara tibbi yardım göstərməkdən imtina edir”, – məlumatda deyilir.
Məlum olduğu kimi, “Vaqner qrupu” özəl hərbi şirkəti Rusiya həbsxanalarından müxtəlif xəstəlikləri, ciddi məhkumluğu olan, hətta narkomanları müharibəyə cəlb edir. Raşistlər elə cəbhədəcə narkotik maddələr qəbul edir.
Bu yaxınlarda əsir düşən bir “vaqnerçi” kameraya danışıb ki, o, HİV-ə yoluxub. Xəstəxanada o, digər işğalçılarla birlikdə müalicə olunub.
Bundan başqa, Baş Kəşfiyyat İdarəsi məlumat verir ki, Priqojin “Vaqner” döyüş dəstələrinə rəhbərlik etmir.
“Vaqnerçilər”in Ukraynada əsas vəzifələrindən biri Rusiyada Putindən sonra onlar üçün siyasi perspektivin yaradılmasıdır.