Vardanyan çətin vəziyyətə düşüb: “Məqbul olarsa, danışıqlara hazırıq”

Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan deyib ki, hazırda Xankəndidə bir nömrəli problem yanacaqla – benzin və neft məhsullarının çatışmazlığı ilə bağlıdır.

O, Qarabağ ermənilərini qənaət etməyə çağırıb: “Bu vəziyyətin nə qədər davam edəcəyini, yanacağı çatdırmaq üçün nə qədər vaxt lazım olacağını bilmirik. Ona görə də biz hamı üçün qənaət tətbiq etdik”, – Ruben Vardanyan bildirib.
 

Erməni milyarder deyib ki, bütün tərəflər üçün məqbul olarsa, qondarma “Artsax” danışıqlara hazırdır.

“Biz Rusiya sülhməramlılarının üzləşdiyi problemləri yaxşı bilirik, lakin yolun açıq olmasını təkid edirik. Digər tərəfdən, vəziyyət çox gərgindir və mən sizi bir daha təxribatlara, şayiələrə uymamağa çağırıram. Vəziyyəti öz xeyrimizə həll etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Ruben Vardanyan Qarabağ ermənilərinə söz verib.

Mənbə

Share: