Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Milletinsesi.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Həbil Yusubov və Məhəmməd Allahverdiyev olduğu müəyyən edilib.
Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.