
Moldova prezidenti Maia Sandu və onun hökumətinin 2028-ci ilə qədər Avropa İttifaqına üzv olmaq vədləri yalandır, çünki ölkə hazır deyil.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Moldovanın keçmiş baş naziri Vasili Tarlev TASS-a bildirib.
O deyib:
“Biz milli maraqlarımıza xidmət edən qruplara qoşulmalıyıq. Hesab edirəm ki, bu, yalandır, seçki ərəfəsində verilən boş vədlərdir. Moldova Avropa İttifaqının üzvü olmağa hazır deyil və açıq desək, Moldova hətta Aİ-yə namizəd statusuna belə hazır deyil. Təəssüf ki, Moldovanın yaxın beş, on, hətta bəlkə də 15 il ərzində Avropa İttifaqına üzv ola biləcəyini göstərən heç bir əlamət yoxdur”.