Vaşinqton Bakıya yaxınlaşır: Əliyev–Tramp görüşü nə vəd edir?

Vaşinqton Bakıya yaxınlaşır: Əliyev–Tramp görüşü nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Trampla görüşü keçirilib. 

İlham Əliyev-Tramp görüşü nə vəd edir?

MEHEMMED.jpg (68 KB)

Milletinsesi.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan regionda ABŞ üçün etibarlı və dayanıqlı müttəfiqə çevrilə bilər:

“ABŞ ilə Azərbaycan arasında son 30 ildə siyasi əlaqələr heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, Cənubi Qafqazda və Xəzər hövzəsində yeni siyasi nizamın formalaşması Vaşinqtonu regionun əsas güclərindən biri ilə daha dərin əlaqələr qurmağa məcbur edib.

ABŞ lideri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində baş tutan ikitərəfli görüşü iki ölkə arasında siyasi və iqtisadi münasibətləri məzmunca yeni keyfiyyət mərhələsinə çıxaracaq. Bu görüşün nəticəsi olaraq Azərbaycan–ABŞ strateji tərəfdaşlıq xartiyasının imzalanması gözlənilir. Azərbaycan regionda ABŞ üçün etibarlı və dayanıqlı müttəfiqə çevrilə bilər.

Vaşinqtonun yeni dünya siyasi nizamını yenidən formatlaşdırması prosesində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda bu əməkdaşlıq Rusiyanın regiondakı təzyiq imkanlarının neytrallaşdırılmasına da mühüm töhfə verə bilər”.

Politoloq vurğulayıb ki, Azərbaycanın Qəzza Sülh Şurasına üzv olması, Ermənistanın da Azərbaycanın hesabına dəvət edilməsi region üçün xüsusi siyasi əhəmiyyət daşıyır.

Xalidə Gəray
Musavat.com

Share: