Vaşinqton Lavrova viza vermir, ABŞ-a xəbərdarlıq etmişik

“Rusiya XİN başçısı Sergey Lavrov və ölkəmizin nümayəndə heyətinə bu ay ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantılarına qatılmaq üçün viza hələ verilməyib”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

 

“Moskva jurnalist Evan Gerşkoviç barəsində qanunvericiliyə uyğun hərəkət edir. Biz bu mövzu ilə bağlı təzyiqləri qəbul etmirik. Rusiya Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin buraxılması barədə ABŞ-ı xəbərdar edib. Sənədlərin sızma məsələsi də saxta və çaşdırma məqsədi güdə bilər”, – deyə o bildirib.

Mənbə

Share: