Vaşinqtonda silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Vaşinqtonda silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

 

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

 

İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 11:00) radələrində daxil olub. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

 

CNN qeyd edib ki, polis insidentlə bağlı hələlik hər hansı həbs barədə məlumat verməyib.

Mənbə

Share: