İtaliyanın Venesiya şəhərində kanallar quruyur.
Modern.az “Guardian”a istinadən xəbər verir ki, daha bir quraqlıq İtaliyanı təhdid edir.
Belə ki, İtaliyada qışın quraq keçməsi ölkənin növbəti quraqlıqla üzləşə biləcəyi ilə bağlı narahatlıq yaradır. Ötən il ölkə son 70 ilin ən böyük quraqlığını yaşayıb.
Venesiyada qeyri-adi dərəcədə aşağı yağıntıya rast gəlinib, bu da bəzi kanalların qurumasına səbəb olub. Artıq qayıq və su taksiləri ilə səyahət etmək xeyli çətinləşib.
Məlumata görə, ümumilikdə İtaliyada quraqlığın əsas səbəbləri yağışın olmaması, yüksək atmosfer təzyiqi və digər amillərdir. “Ekoloqlar İtaliyanın, xüsusən də ölkənin şimalındakı çay və göllərin suyunun azalması barədə həyəcan təbili çalır”, – deyə qeyd olunub.