Venesuela Türk Hava Yollarının uçuşlarını qadağan edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Karakas ABŞ Federal Aviasiya Administrasiyasının Venesuela hava məkanında təhlükəli şəraitlə bağlı xəbərdarlığına cavab olaraq uçuşları dayandırdıqdan sonra altı beynəlxalq aviaşirkətin – “Iberia”, TAP, “Avianca”, “Latam Colombia”, “Turkish Airlines” və “Gol”un əməliyyat hüquqlarını ləğv edib. Karakas aviaşirkətləri ABŞ tərəfindən təşviq edilən dövlət terrorizmini dəstəkləməkdə günahlandırıb”, – məlumatda deyilib.


