Venesuela hökuməti sanksiyalardan yan keçməklə ölkənin qızıl ehtiyatlarını satır.
Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, mayın 10-da Venesuela 4 ton, mayın 13-də isə 9,7 ton qızıl satıb.
Ümumilikdə satışdan rəsmi Karakas 570 milyon dollar gəlir götürüb. Qızılı hansı ölkənin aldığı açıqlanmayıb. Bununla da Venesuelanın qızıl ehtiyatları son 29 ildə ən minimum səviyyəyə – 7,9 milyarda enib.