Verilişə gəlib ərinin ona müğənni Mətanətlə xəyanət etdiyini dedi

Verilişə gəlib ərinin ona müğənni Mətanətlə xəyanət etdiyini dedi

Gülnar adlı qadın “Səni axtarıram” verilişinə gələrək həyat yoldaşının ona müğənni ilə xəyanət etdiyini deyib.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, qadın 3 övladının olduğunu, ifaçının adının Mətanət olduğunu söyləyib. O bildirib ki, qadın ondan boşanmasını istəyir:

“4 ildir mənə yazır ki, yoldaşın səni niyə boşamır? Həyatımı məhv edir. Mənə instaqramda müştəri kimi yazdı. 2 il yazdı. Əslində rəfiqəsi ilk dəfə yazmışdı. Tək özü yox, anası, bacısı da mənə yazır ki, boşan. Boşanmaq istəmirəm, övladlarım buna icazə vermir. 15 yaşında övladım var, deyir, atasız qalmaq istəmirəm. O, istəyir ki, boşanım, gedib ərimlə rəsmi nikaha girsin. Həyat yoldaşım onu istəmir. Deyir ki, bir işdi düşmüşəm. Ailəsi də o qadını istəmir. Deyirlər ailəni dağıtma. Qadın həyat yoldaşımdan yaşca böyükdür, özü də mənə qoca deyir”.

 

Share: