versiya “Qarabağ” bu gün “Tvente” ilə iki oyuna çıxacaq

versiya “Qarabağ” bu gün “Tvente” ilə iki oyuna çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.

İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub – 4:5. “QarabaĞ” Bakıdakı yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.

İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Share: