Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyununda dubl edən “Liverpul”un futbolçusu Jorjino Veynaldum rekorda imza atıb.
Qol.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ÇL tarixində yarımfinalda əvəzləmədən meydana çıxaraq 2 qol vuran yeganə futbolçudur.
Xarıladaq ki, Veynaldum 4:0 hesablı qələbə qazanaraq finala yüksəldikləri oyunda fasilədən sonra meydana daxil olub və 54, 56-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.