
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub. (oxu.az)