Daxili İşlər orqanında kadr dəyişikliyi olub.
Oxu.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Nizami Paşayev tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə N.Paşayev Sumqayıt Şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib.