Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.
Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.
O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.