Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca koronavirusla bağlı qiymətləndirmələr edib.
Yerli mətbuata açıqlama verən nazir ikinci mərhələyə “İdarə Olunan Sosial Həyat” adını verdiklərindən və bu dönəmdə vacib şərtlərdən danışıb:
“Maskasız gəzməyək. Sosial məsafə önəmlidir. Əl gigiyenasının vacib olduğu bir zamana girmişik”.
Nazir pandemiyanın Türkiyəyə gec gəldiyini və 6 həftədə ilk mərhələni tamamladıqlarını söyləyib:
“Reanimasiyada olan doluluq 62 faizi keçmədi. Hər kəs bir-birinə xəbərdarlıq etməlidir. Qaydalara əməl etmək lazımdır. Yeni bir dalğa gözlənilmir”.
Hər kəsin maraqla gözlədiyi “Türkiyədə pandemiya nə zaman bitər?” sualına cavab verən nazir “Dünyada bilmədikcə, Türkiyədə də sıfırlanmaz. Çünki Türkiyə Avropa ilə yaxın münasibətdə olan bir ölkədir”,-deyə bildirib.