“Barselona”nın kapitanı Lionel Messi məşqlərin və La Liqanın bərpası üçün bəzi risklərə getməyə hazırdır.
Milletinsesi.az-ın “AFP”ə istinadən yaydığı xəbərə görə, arentinalı futbolçu bildirib ki, hazırda koronavirusa yoluxma riski hər yerdə var:
“Sən artıq evdən çıxandan sonra yoluxma riski yaranır. Yaxşı olardı ki, bu haqda çox düşünməyək. Yoxsa, gərək heç vaxt evdən çıxmayaq”.