Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli “Azərbaycan” qəzetində yol verilən plagiatlıq ittihamlarına cavab verib.
Modern.az-ın məlumatına görə, bu barədə Fəzail İbrahimli parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edib.
Vitse-spiker bildirib ki, ölkə başçısının fəaliyyətini işıqlandıran şəxslərə qarşı bu cür ittihamların arxasında hansı məqsədlərin dayandığı məlum deyil: “Azərbaycanın uğurları, görülən işlər fonunda “Azərbaycan” qəzetinə qarşı bu cür səlib yürüşü təşkil edilir. Ölkəmizin Vətən müharibəsində qazandığı qələbəyə, beynəlxalq aləmdə uğurlarına bəzi şəxslərin bu cür məqsədli addımları kölgə salır”.
Qeyd edək ki, bəzi KİV-lərdə “Azərbaycan” qəzetində dərc olunan bir çox yazıların plagiat olması barədə məlumatlar yayılıb.