Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli oldu

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli oldu

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

 

Federasiyadan verilən məlumata görə, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun matçları keçiriləcək.

 

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.

 

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

 

Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

 

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

 

Mənbə

Share: