
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovanın paytaxtı Kişineu şəhərinə gedib.
V.Zelenskinin tədbirdə iştirakı əvvəlcədən açıqlanmayıb.
Onun hərəkət etdiyi marşrut məxfi saxlanılır.
Xatırladaq ki, bu, 2022-ci ildə yaradılan Avropa Siyasi Birliyi forumunun ikinci sammitidir. Birinci sammit Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilib. Rusiya-Ukrayna arasında genişmiqyaslı müharibə fonunda forumun əsas mövzusu təhlükəsizlikdir.
Sammitdə bütün Avropa İttifaqı (Aİ) dövlətləri, eləcə də Aİ-yə daxil olmayan dövlətlər iştirak edəcəklər. Sammitdə iştirak etmək üçün prezidentlər və hökumət başçıları, həmçinin Avropa İttifaqının rəhbərliyi paytaxt Kişineuya gediblər.