Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandn bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.

Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb

 

Mənbə

Share: