“Siz bu zibili yenidən Risiyaya nədən daşıyırsınız ki? Hansısa Primadonna geriyə dönüb. Bizə yenidən dərs vermək istəyir?..”
Rusiyaya dönən Alla Puqaçova hər şeydən öncə bir nəfərin dərsini verməyi planlaşdırır…
Moskva ətrafında elit gimnaziya divarları yanında Alla Puqaçovanın peyda olmasını gözləyən reportyor və paparassilər Primadonnanı söhbətə tutaraq bəzi fikirləri ondan qopara bilib.
Moderator.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzeti məlumat yayıb.
Müğənni yeni tədris ilinin açılışı mərasımınə əkiz övladları Liza və Harrini gətirib.
Jurnalistlər müğənnidən övladları barədə soruşub, “uzun çəkən məzuniyyət”dən dönəndən sonra onun yaxın planları barədə sorğu-suala tutub.
Puqaçovanın cavabı belə dönüşü gözləməyən mətbuat nümayəndələrini bir qədər çaşdırıb.
“Planlarım çoxdur”, – Rusiya estradasının ulduzu cavabdan yayınaraq belə deyib. Və gülümsəyərək, əlavə edib: “Bir nəfərin dərsini verəcəyəm!”
“Kimi nəzərdə tutursunuz?”- həmsöhbətlər tələsərək soruşub.
“Əşşi, zarafat edirəm!” – artist qadın gülümsəyərək özünün ağ rəngli qəşəng “şevrole”sində naməlum istiqamətə yönəlib.
Görəsən, Alla Puqaçova kiminlə haqq-hesab çəkmək qərarına gəlib?
Yarım illik xarici səfəri zamanı onun bədxahlarının sıraları xeyli genişlənib.
İlk dəfə onun bostanına daş atanlardan biri baş keşiş Andrey Tkaçov olub, kilsə ayini zamanı onu natəmiz qüvvələrə aid edib.
“Dostlar, biz şeytan xülyasında yaşamışıq! Siz bunu eşitməmisiniz, bilmirdiniz? Siz havanın təmizlənməsini hiss etmirsiniz? Puqaçova Rusiyanı həmişəlik tərk edib. Allahım, mən bunu necə də gözləyirdim!”- keşiş sevincək xəbər verib.
Puqaçova susmayaraq ona cavab verib: “Çox tez sevinirsən, Andryuşa, – müğənni deyib. – Tətil, məzuniyyət və müalicə mühacirət demək deyil. Qayıdaram, aydınlaşdırarıq. Sənin kilsənə gəlib, sənin üçün dua edərəm, kafir”.
Lakin baş keşiş Puqaçovanın “haqq-hesab” çəkəcəyi yeganə namizəd deyil.
Məsələn, qalmaqalları ilə yadda qalan siyasətçi Vitali Milonov bu günlərdə Puqaçovanı “xərçəngə bənzəyən dumanlıq”, Maksim Qalkini isə “sarı tumanda olan skuns (acı şirə ifraz edən vəhşi heyvan-red.) adlandırıb və əlavə edib ki, cütlüyün boşanma zamanı çoxdan yetişib.
Müğənni, “geniş profilli ekspert” Yuri Loza Rusiyaya dönən ulduz haqqında xoşagəlməz sözlər ifadə edib. Onun sözlərinə görə, Primadonnanın həyatı ilə maraqlanmır.
“O, müğənni kimi keçmişdə qalıb. Əvvəllər oxuduğu kimi oxuya bilmir. Onu müzakirə etməyin nə mənası var ki?”- o, belə deyib,
Puqaçova və ailəsinə az diqqət etməyi tövsiyə edib.
Alla Puqaçovanın kimin dərsini verəcəyi barədə musiqi tənqidçisi və prodüser Pavel Rudçenko öz versiyasını irəli sürüb.
O, xatırladıb ki, yazıçı, jurnalist və bloger Mixail Şahnazarov müğənni haqqında xoşagəlməz sözlər danışıb.
“Bildiyimə görə, musiqi birliyi, prodüserlər, tənqidçilər Puqaçovanın ünvanına onun istedadı və yaradıcılığına hörmət əlaməti olaraq ehtiyatlı sözlər danışıb. Axı, o, neçə illərdir estradamızdadır, Rusiyanın şou-biznesi üçün dünya miqyasında çox şeylər edib, – o, deyib. – Amma Şahnazarov kimi bəzi jurnalistlər bu vəziyyətdən sui-istifadə edərək, artıq-əskik ifadələrə yol veriblər”.
“Heç demə Primadonnanın sözləri teleaparıcı Vladimir Solovyova ünvanlanıb, o, bu yaxınlarda məşhurun Vətənə dönməsindən hiddətlənib”, – “Komsomolskaya pravda” bu nəticəyə gəlib.
“Siz bu zibili yenidən Rusiyaya nədən daşıyırsınız ki?-Kremlin baş təbliğatçısı özünün “Solovyov LİVE” proqramında ölkəni tərk edən ulduzların pərəştişkarlarına müraciət edib. -Hansısa Primadonna geriyə dönüb. Öz ayaqları ilə “roll-roysun qapısını açır. Bizə yenidən dərs vermək istəyir? Axı, kim qərar verib ki, əgər bir adam nə zamansa böyük olub, lakin tarixin mühüm məqamlarında bu böyüklük susmaqla təsdiq edilir? O, uşaqlarını məktəbə göndərmək üçün qayıdıb? Və ərinin nə dediklərindən xəbərdar deyil və bircə kəlmə də danışmayıb? Niyə gəlib? Pulları qurtarıb?”
Solovyov artist qadının dönüşündən “göz yaşları axıdan” və “mütəəssir olan” xalqı da pisləyib.
“Yəni, nədən rusiyalılar indiyədək heç nəyi anlamayıb? Axı, Puqaçova Maksim Qalkinin Rusiya barəsində kinli sözlərinə göz yumub…”
Nəşrin fikrinə görə, Puqaçova “bir nəfərin dərsini vermək” planları barədə danışanda məhz Vladimir Solovyovu nəzərdə tutub.
“Komsomolskaya pravda” bu nəticəyə müğənninin “İnstragram” səhifəsində Vladimir Solovyovun fotosunu dərc edərək, “açıq-aydın eyham”ından sonra gəlib.
“Volodyaya yazığım gəlir, – Puqaçova yazıb. – Belə qəzəbdən və nadanlıqdan partlaya bilər”.