“Volvo” Rusiyaya qayıdır- Ərizə verib

“Volvo” Rusiyaya qayıdır- Ərizə verib

2022-ci ildə Rusiyanı tərk edən İsveçin Volvo avtomobil konserni üç ticarət nişanının Rusiyada qeydiyyata alınması üçün ərizə verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə TASS müxbiri məlumat yayıb. Onlardan ikisi Volvo, üçüncüsü isə Volvo Penta üçündür.

Volvo ticarət nişanı yük maşınları, minik avtomobilləri, furqonlar, avtobuslar, mexanizmlər, mühərriklər, təmir və texniki xidmət xidmətləri daxil olmaqla Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının üç sinfini əhatə edir.

Qeydiyyat üçün ərizələr 17 dekabr 2025-ci il tarixində İsveçdən Əqli Mülkiyyət üzrə Federal Xidmətə təqdim edilib.

Qeyd edəl ki, İsveçin Volvo avtomobil konserni 2022-ci ilin fevralında Rusiyadakı fəaliyyətini dayandırıb. Rudiya Sənaye və Ticarət Nazirliyindən verilən məlumata görə, onun Rusiyadakı aktivləri rusiyalı investora verilib.

Share: