Vyetnamın paytaxtı Hanoyda koronaburgerlər satışa çıxarılıb.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, Hoanq Tunq adlı aşpaz müştərilərin diqqətini cəlb etmək üçün üzərində koronavirusa bənzər çıxıntıları olan burgerlər hazırlayıb.
Satışın ilk günündə 50-yə yaxın koronaburger satılıb.
Qeyd edək ki, bu günədək Vyetnamda 148 nəfər koronavirusa yoluxub.