Android əməliyyat sistemində işləyən “WhatsApp” messencerində GIF animasiyadan istifadə edərək yad smartfona daxil olmağa imkan verən nazaslıq aşkarlanıb.
“Awakened” mütəxəssis qrupunun araşdırmalarına görə, yazışmasını oxumaq istədiyiniz şəxsin messencerinə viruslu GİF yollamaqla bunu etmək mümkündür.
İstifadəçi belə bir “gif”i açdıqdan sonra hakerlər cihazlarda multimedia faylları və mesajları izləmək imkanı əldə edirlər. Hücum edən şəxsin nömrəsi qurbanın qeyd dəftərindədirsə, istifadəçi təsdiqinə ehtiyac olmadan şəkil avtomatik olaraq yüklənir.
Potensial zərər görənlər Android əməliyyat sisteminin 8.1 və 9.0 versiyasını işlədən qurğulardır. Yaranan problemi mesajlaşma tərtibatçılarına bildirilib və bundan sonra tətbiqin son versiyasında aradan qaldırılıb. Problemlərin qarşısını almaq üçün ” WhatsApp”-ı ən az 2.19.244 versiyasına yüksəltmək tövsiyə olunur.